"Polaroid" şirkəti uşaqlar üçün planşetin yeni versiyasını çıxarıb
"Polaroid" şirkəti uşaqlar üçün nəzərdə tutulmuş planşetin yeni modelini (Kids Tablet 2) çıxarıb. Cihazda birinci modellə müqayisədə bir sıra təkmilləşdirmələr həyata keçirilib.
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, yeni qurğu 1024×600 nöqtə təsvir ölçülü 7 düymlük sensor ekranla təchiz edilib və 1,2 QHs takt tezlikli "Cortex A9" ikinüvəli prosessoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1 QB, daxili fləş-yaddaşın həcmi 8 QB təşkil edir.
Daxili saxlancın həcmini "microSD" formatlı yaddaş kartları hesabına genişləndirmək olar. Ön və arxa panellərdə kameralar, "Wi-Fi 802.11 b/g/n" simsiz rabitə modulu mövcuddur. Aparat "Android 4.2" əməliyyat sistemi ilə işləyir və öncədən əyləncə, yaradıcılıq və təhsil üçün nəzərdə tutulmuş 70 tətbiq quraşdırılıb. Həmçinin valideyn nəzarəti, təhlükəsiz brauzer və xüsusi idarə olunan tətbiq mağazası mövcuddur.
"Polaroid Kids Tablet 2" uşaq planşeti artıq bəzi regionlarda 149 dollar qiymətinə satışa çıxarılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL