Bakıda “Oracle Banking Forum”u keçirilib
“Oracle” şirkətinin Azərbaycan nümayəndəliyi Bakıda “Oracle Banking Forum”u keçirib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə ölkənin maliyyə sektorunda, bank, sığorta sahəsində fəaliyyət göstərən şirkətlərin və kredit təşkilatlarının rəhbərləri və onların İT mütəxəssisləri iştirak edib.
Forumda maliyyə sahəsində menecment və analitika, CRM və HCM sistemlər, “Risk Management”, “Procurement Management” və “Performance Management” mövzularında məruzələr təqdim edilib.
“Oracle” şirkəti biznes məlumatlarının effektiv saxlanılması, idarə edilməsi, inteqrasiyası, emalı və istifadəsini təşkil etmək üçün geniş çeşid proqram təminatı məhsulları təqdim edir. Bu məhsullar xətt üzrə bölüşdürülür: biznes-əlavələr, banklar üçün vertikal əlavələr daxil olmaqla, ERP və CRM (Oracle, Siebel, Hyperion, FLEXCUBE, Reveleus və s.) sinfinə aid olan əlavələr, əlavələrin effektiv tərtibatı və istifadəsi üçün nəzərdə tutulmuş “Oracle Fusion Middleware” birləşdirilmiş əlavələr serveri platformu, həmçinin 40-dan çox əvvəlcədən birləşdirilən məhsullar və məlumat bazalarının idarəetmə sistemlərini daxil edən “Oracle Database”.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL