waplog

İstifadəçilər internetə daha çox hansı qurğularla daxil olurlar?


"Walker Sands" şirkəti analitiklərinin məlumatına görə, cari ilin ilk yarısında mobil internetdən istifadə edən auditoriyanın payı təxminən 3 dəfə artıb.

Analitiklərin hesablamalarına əsasən, 2013-cü ilin üçüncü rübündə internetə smartfon və planşet kompüterlər vasitəsilə daxil olan istifadəçilərin payı 28 faizə çatıb ki, bu da bir il əvvəldən 3 dəfə çoxdur. Digər istifadəçilər internetə fərdi kompüterlər vasitəsilə daxil olmağı üstün tutur. Mayda mobil internet istifadəçiləri üzrə göstərici 10 faiz təşkil edib.

Bundan başqa, portativ qurğularla generasiya edilən veb-trafikin 47 faizi "iOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən aparatların payına düşür. "Android" sistemli qurğuların mobil trafikdə payı 44,4 faizə bərabərdir,-  "3DNews.www.3dnews.ru" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL