Orijinal elmi-texniki ideyalar, yeni elmi innovasiyaların yaranmasına şərait yaradacaq “Qış məktəbi” təşkil olunur
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Prezident yanında Gənclər Fondunun dəstəyi ilə 14-18 noyabr 2013-cü ildə "Gənc Alimlər üçün Qış məktəbinin təşkili" layihəsi çərçivəsində tədbir keçirəcək. Layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, elmi gəncliyin fəaliyyətinin daha səmərəli qurulması və potensialının reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına optimal şərait yaradılması məqsədini daşıyır.
AGAAMC-dən bildirilib ki, tədbir günlərində "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan", "Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları", "İnnovasiyalı cəmiyyətə doğru", "Müasir nanotexnologiyalar" adlı seminarlar keçiriləcək.
Eyni zamanda "Qış məktəbi" günlərində elmi-innovativ işlərin, elm-təhsil mübadilə proqramlarının təqdimatlarının, beynəlxalq təşkilatların elmi mübadilə proqramlarının təqdimatlarının, eyni zamanda mədəni-idman tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. "Qış məktəbi"nin açılış mərasimi 14 noyabr saat 15:00-da "Olimpik" İdman və İstirahət Mərkəzində (Novxanı qəsəbəsi) təşkil olunacaq. Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, gənc alim və tədqiqatçılar, KİV təmsilçiləri iştirak edəcəklər. Tədbir digər günlərdə də "Olimpik Otel"də davam edəcək.
"Qış məktəbi"ndə AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar, eyni zamanda digər elmi tədqiqat müəssisələrində və universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar arasından seçilmiş iştirakçılar iştirak edəcəklər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL