Ümumdünya Poçt İttifaqı poçt şəbəkəsində elektron ticarətçilərə qarşı rəqabət apara biləcək yeni sistem yaradır
İsveçrənin Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) payız sessiyası artıq başa çatıb. Sessiyanın bir hissəsində iştirak edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) əməkdaşı, poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov ÜPİ-nin Qəyyumlar Heyətinin (Board of Trustees - BoT) toplantılarına və digər işçi qrupunun iclasına qatılıb. Onun sözlərinə görə, “BoT”-nin toplantılarında dünya ölkələri tərəfindən ÜPİ Katibliyinə təqdim olunmuş Xidmət Keyfiyyətinin Yüksəldilməsi Fondu (Quality of Service Fund – QSF) çərçivəsində hazırlanmış yeni layihələr, əvvəlki layihələrin tətbiqi üzrə ilkin, aralıq və yekun hesabatlar, həmçinin əvvəllər həyata keçirilmiş layihələrin qiymətləndirilməsi üzrə ekspertlərin hazırladığı hesabatlara baxılıb:
“Eyni zamanda bu orqanın fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə reqlamentar sənədlərdə hazırlanmış dəyişikliklər də müzakirə edilib və təsdiqə göndərilib”.
Tədbirlər ərəfəsində bir sıra dünya ölkələri tərəfindən hazırlanmış ən yaxşı QSF layihələrinin mükafatlandırılması mərasimi də keçirilib. Çin, Serbiya və Tailandın layihələri qalib elan olunaraq, ÜPİ-nin müvafiqi sertifikatı ilə təltif edilib: “Sertifikatlar sözügedən ölkələrin nümayəndələrinə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktoru Bişar Hüseyn tərəfindən təqdim olunub”.
Digər qrupun iclasında ÜPİ-nin yeni xidmət növü olan “.POST” (dot-post və ya nöqtə poçt) layihəsinin üzv-ölkələrdə tətbiqinə başlanmasına dair müzakirələr keçirilib. Poçt sahəsində yeni istiqamət olan sözügedən layihə hər bir ölkənin poçt xidmətləri üçün çox böyük imkanlar yaradacağı gözlənilir.
“.POST”-un tətbiqi sayəsində
“www.e-bay.com”, “www.amazon.com”, “www.alibaba.com” və s. digər elektron ticarətçilərə qarşı rəqabət apara biləcək bir sistemin poçt şəbəkəsində də yaradılması nəzərdə tutulur. Bununla da poçtun ənənəvi xidmətlərdən başqa digər əlavə gəlirlər əldə etməsi üçün geniş perspektivləri yaranmış olacaq. Azərbaycan poçtunda da “.POST” domenindən istifadə etməklə bu xidmətlərə başlanılması məsələlərinin müzakirələri gözlənilir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL