waplog

“Nano-Peyk Texnologiyası üzrə Uzunmüddətli Təqaüd Proqramı” üçün iki namizəd seçiləcək


BMT-nin Kosmosdan İstifadə üzrə Proqramının İlkin Kosmik Texnologiyalar Təşəbbüsü çərçivəsində "Nano-Peyk Texnologiyaları üzrə Uzunmüddətli Təqaüd Proqramı" üzrə ölkəmizdən namizədlər təqdim olunacaq.
 
Proqramda ikiillik magistratura dərəcəsi üzrə iki və üçillik doktorluq dərəcəsinə dörd namizədin seçilməsi planlaşdırılır. AMEA-dan verilən məlumata görə, namizədlər ingilis dilində mükəmməl yazı və danışıq qabiliyyətinə malik olmalı, magistratura təhsili üçün mühəndislik və ya oxşar texnologiya sahələri üzrə bakalavr və ya dördillik universitet təhsili, doktorantura təhsili üçün magistr dərəcəsinə və ya beşillik universitet təhsilinə sahib olmalıdırlar.
 
Seçilmiş namizədlərin müvafiq xərcləri Kyuşu Texnologiya İnstitutu və BMT-nin Kosmik Məsələlər üzrə İdarəsi tərəfindən qarşılanacaq. Müraciətlər 27 yanvar 2014-cü il tarixinədək qəbul edilir. Tələb olunan sənədlərin siyahısını və digər məlumatları "www.unoosa.org" saytından əldə etmək olar. Sözügedən təqaüd proqramı Yaponiya Hökuməti və BMT-nin Kosmik Məsələlər üzrə İdarəsinin birgə təşəbbüsü ilə həyata keçirilir. Yaponiyanın Kyuşu Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan proqram 2011-ci ildən başlayaraq reallaşdırılır.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL