Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan
İnformasiya-kommunikasiya texnologiyaları, eləcə də digər sahələrlə bağlı gənclərin ideyalarının seçilməsi, onların tətbiq edilməsi, maliyyənin ayrılması və investorlarla əlaqələndirilməsi istiqamətində növbəti kampaniyaya - müsabiqəyə başlanılıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "İdeya qazandı" layihəsi gənclərə öz biznes ideyalarını reallaşdırmağa imkan verən ilk işgüzar telemüsabiqədir.
Layihə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “Youth İNC” proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.
"İdeya qazandı" televiziya yarışmasında 5 investor gənclərin ideyalarına sərmayə yatırmaq üçün seçim edir və bu ideyalarını həyata keçirtməyə vəsait ayırır. Burada məqsəd istedadlı gənclərə, tələbələrə, xırda sahibkarlığa baş vurmuş gənclərə öz ideya və ya bizneslərini reallaşdırmaq üçün şərait yaratmaq, eyni zamanda investorlara istedadlı gəncləri tanıtdırmaq və yerli televiziyada biznes üslubunda veriliş yayımlamaqla tamaşaçılar arasında potensial gəncləri biznesin qaydaları ilə tanış etməkdir.
Verilişdə 16-35 yaş arası gənclər iştirak edə bilər. İştirak etmək istəyən gənclər yalnız elektron vasitəsilə “ideyaqazandi.az” və “atgdc.org” saytlarından ərizə formasını doldurub iştiraklarını təsdiq edə bilərlər. Ərizələrin son qəbul tarixi 30 noyabrdır. Ərizə forması tam və düzgün doldurulduğu halda gənc verilişə dəvət olunur və investorlara ideyasını təqdim edib qarşılıqsız yatırım alması imkanını qazanır.
Qalib gələn gənclər pul vəsaitindən savayı, onlara dəstək göstərmiş şirkət və ya sahibkar ilə mütəmadi olaraq əlaqə qurub onların geniş təcrübələrindən bəhrələnmək imkanını əldə edəcək. Verilişin televiziyada yayımı 15 yanvar tarixindən sonra keçiriləcək.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL