AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2013-cü ildə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədilə nəzərdə tutulmuş bir neçə qrant müsabiqəsindən birincisini İKT üzrə pilot layihə müsabiqəsi kimi elan edərək keçirib.
Fonddan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, 1-ci məqsədli İKT müsabiqəsi üzrə Elmin İnkişafı Fondunun böyük maliyyə həcmli (bir milyon beş yüz min manat olmaqla) pilot layihəsi vasitəsilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturunun və modern kitabxana sisteminin yaradılması üçün informasiya-kommunikasiya texnologiyaları və avadanlığı ilə təminatının əhəmiyyətli hissəsi reallaşdırılır.
Qeyd edək ki, “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədilə Elmin İnkişafı Fondu Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər qurumlarla birgə tədbirlər həyata keçirir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL