waplog

Oktyabrda dövlət komissiyasına 60-dan artıq elektron müraciət ünvanlanıb



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya növbəti olaraq oktyabr ayı ərzində elektron poçt ünvanına daxil olan sorğuların statistikası və məzmununu açıqlayıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay ərzində komissiyanın elektron ünvanına 66 sorğu daxil olub.  Sorğulardan 19-u dövlət qulluğuna qəbul qaydaları məsələlərini əhatə edib. Eyni zamanda, qeydiyyatla bağlı 19 müraciət edilib.

Həmçinin, vətəndaşlar tərəfindən komissiyaya 7 “CV” göndərilib, 7 təşəkkür məktubu ünvanlanıb.
Ötən ay komissiyaya ünvanlanan sorğulardan  6-sı digər məsələlər, 3-ü isə ehtiyat kadrlarla bağlı olub. 
Bununla yanaşı, elektron poçt ünvanına hər biri 1 ədəd olmaqla ümumi müsahibə və növbəti müsabiqənin vaxtı ilə əlaqədar sorğular daxil olub.

Müvafiq dövr ərzində komissiyaya elektron formada 3 təklif göndərilib.
Bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL