AzTU-da texnologiyaların ötürülməsinə dair beynəlxalq treninqlərə start verilib
Noyabrın 13-də Azərbaycan Texniki Universitetində texnologiyaların ötürülməsi üzrə beynəlxalq treninqlər başlayıb.
AzTU-dan verilən məlumata görə, bir həftə davam edəcək treninqlər əqli mülkiyyətin qorunması, elmi kəşflərin və ixtiraların patentləşdirilməsi, istehsalata tətbiq olunması, beynəlxalq elmi layihələrin hazırlanması, yeni texnologiyaların ötürülməsi məsələlərini əhatə edəcək.
Treninqlərdə Azərbaycan Texniki Universiteti ilə yanaşı, Odessa Çuma Əleyhinə Elmi-Tədqiqat İnstitutu, ARDNŞ-in “Neftqazlayihə” Elmi Tədqiqat İnstitutu, Azərbaycan Texnologiya Universiteti (Gəncə), AMEA-nın müxtəlif elmi tədqiqat institutlarının əməkdaşları iştirak edirlər.
Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov dinləyicilər qarşısında çıxış edərək beynəlxalq treninqin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, treninqlər başa çatdıqdan sonra bir ay ərzində həmin mövzular üzrə distant təhsil həyata keçiriləcək. Hər bir dinləyiciyə mövzulara uyğun sertifikatlar veriləcək. Treninqlərin keçirilməsində Azərbaycan mütəxəssisləri ilə yanaşı, Ukrayna Milli Texniki Universitetinin nümayəndələri də iştirak edirlər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL