waplog

Unikal kompüter-şəhər inşa olunacaq


Portuqaliyanın Paredeş şəhəri yaxınlığında unikal kompüter-şəhər inşa olunacaq.
Bu qeyri-adi tikintinin özəlliyi ondan ibarətdir ki, bütün elementlər, o cümlədən yol hərəkəti və ya fənər işıqları vahid əməliyyat sisteminin köməyi ilə idarə olunacaq.

“Plaint Valley” adlandırılan kompüter-şəhər 225 min nəfərin məskunlaşması üçün nəzərdə tutulur.
 
Layihənin rəsmi saytında deyildiyinə görə, “PlanIT Valley” Portuqaliya hökumətinin milli maraqlar dairəsinə aid edildiyi üçün şəhər insanlar üçün yaşayış yeri olmaqla yanaşı, eyni zamanda tərəfdaş şirkətlər üçün təcrübə laboratoriyası, smart texnologiyalar və startaplar üçün sınaq mərkəzi rolunu oynayacaq.    
 
Layihəyə əsasən, şəhərdəki çoxsaylı cihazlar temperaturu, işıqlanma səviyyəsini, rütubəti, hərəkət intensivliyini, istilik və su təchizatının vəziyyətini ölçəcək və əldə olunan məlumatlar həmişə toplanaraq analiz ediləcək.
Əgər şəhərin bir hissəsində suyun yüksək səviyyədə olması qeydə alınsa, nasoslar onu şəhərin digər hissəsinə çəkib vuracaq. Gündüz havanın aşağı temperaturda olacağı proqnozlaşdırılsa, sistem avtomatik olaraq evlərdə temperaturu və küçə işıqlarının parlaqlığını artıracaq.   
Qeyd etmək lazımdır ki, yerli sakinlər şəhər infrastrukturunun bir hissəsini müstəqil şəkildə idarə edə biləcəklər, - “Domania” www.domania.by yazır.   

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL