“Elektron hökumət” portalı vətəndaşların ideya və təkliflərini gözləyir
“Elektron hökumət” layihəsi vətəndaşlara daha bir yenilik təqdim edir. “ICTnews” elektron xəbər xidmətinin layihənin rəsmi saytına (e-gov.az) istinadən verdiyi məlumata görə, internet istifadəçiləri portalda yeni bir xidmət - “Fikir bankı” ilə tanış ola bilər.
“Fikir bankı” əslində sırf vətəndaş mövqeyinə hesablanmış bir məsələdir. İnternet istifadəçisi olan istənilən şəxs rəsmi portalda “Fikir bankı”na daxil ola və “Elektron hökumət” layihəsi çərçivəsində mümkün ola biləcək istənilən məsələni təklif kimi qeyd edə bilər: “Vətəndaşın verdiyi ideya və təklif saytın idarəçiləri tərəfindən təsdiqlənir. Bu proses baş tutduqdan sonra təklif saytda görünür. Həmin təsdiqlənmiş təklifi digər istifadəçilər də görmək imkanına malikdirlər”.
Saytda təklifi görən ziyarətçilər üçün iki düymə mövcuddur: “Bu düymələrdən biri bəyənmək, digəri isə bəyənməmək adlanır. Ümumi olaraq internet istifadəçiləri bu iki düymə vasitəsilə saytda göstərilən təkliflərə qiyabi də olsa öz rəylərini bildirə bilərlər”.
Qeyd edək ki, “Elektron hökumət” layihəsində maraqlı olan internet istifadəçiləri “Fikir bankı”nda təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya “Facebook” hesabı ilə autentifikasiya olunmalıdırlar.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL