Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının “Fövqəladə yayım” üzrə seminarı keçiriləcək
Noyabrın 21-də Cenevrədə BMT-nin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "Fövqəladə yayım" üzrə seminarı keçiriləcək.
BTİ-dən verilən məlumata görə, seminar kritik, fövqəladə məlumatların ötürülməsi, təcili informasiyanın sürətli yayılmasında yerüstü radio və televiziya yayımının roluna həsr edilib. Belə ki, dünyada təbii fəlakət və digər irimiqyaslı fövqəladə halların sayı getdikcə artmaqdadır.
Tornado, tropik fırtına, sel, qar fırtınaları, zəlzələ, sunami, qasırğalar və s. kimi gözlənilməz təbiət hadisələri zamanı dünya ictimaiyyətinin lazımi məlumatlarla tez, hərtərəfli və dəqiq məlumatlandırılması olduqca vacibdir. Belə kritik vəziyyətlərdə məlumatın çatdırılmasının ən sürətli, etibarlı və ən effektiv vasitəsi televiziya və radio yayımı hesab edilir.
Seminarda yayım üzrə mütəxəssislər və ekspertlər təcili informasiyaların sürətli yayılmasında yerüstü radio və televiziya yayımının üzərinə düşən öhdəliklər, onların bu tələbləri necə yerinə yetirməsi, eləcə də fövqəladə vəziyyətlərlə bağlı digər aspektləri müzakirə edəcəklər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL