waplog

İT sahəsində çalışan qadınların sayı kişilərdən çoxdur



ABŞ Əmək Statistikası Bürosunun (Bureau of Labor Statistics, BLS) məlumatına əsasən, 2012-ci il ərzində qızlar yüksək texnologiyalar sahəsi üzrə iş yerlərinin 34 faizində çalışıb. Cari ildə bu göstərici iki dəfə artıb, yəni İT bazarında işləməyə başlayan kişilərin payı cəmi 40 faiz olub. Bununla yanaşı, kişi və qadınlar təxminən eyni əməkhaqqı alır ki, bu da əksər sahələr üçün tipik deyil.

“BLS”-in hesabatında o da qeyd olunur ki, texnologiya sahəsində zəif cinsin təmsilçiləri kişilərin gördüyü işlərin təqribən 93-97 faizini yerinə yetirir. Digər biznes sahələrində qadınlar üçün bu göstərici 77 faizə bərabərdir.  
Qeyd etmək lazımdır ki, ABŞ-da qadınların İT təhsil almasına və müvafiq şirkətlərdə işlə təmin olunmasına yardım göstərən Qadın Proqramçılar Assosiasiyası (Association for Women in Computing) fəaliyyət göstərir.
Bundan başqa, qadınların yüksək vəzifə tutduğu bir neçə İT şirkətini misal kimi göstərmək olar.

Onların sırasında Meq Uitman (“HP” şirkətinin rəhbəri), Cinni Rometti (“IBM”-in baş direktoru), Marissa Mayer (“Yahoo!”-nun rəhbəri) yer alıb, - "3D News www.3dnews.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL