waplog

Rusiya şirkətlərinin 79%-i mobilliyi biznes üçün əsas prioritet hesab edirlər



Oktyabrın sonunda “Citrix” şirkəti müasir şirkətlərin mobil texnologiyaların istifadəsi sahəsində ən vacib tendensiyalara və perspektivlərə həsr olunmuş qlobal “Mobility in Business” araşdırmasının nəticələrini təqdim edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, hesabat “Vanson Bourne” şirkəti tərəfindən Rusiya, Böyük Britaniya, ABŞ, Kanada, Çin və digər ölkələr daxil olmaqla 17 ölkənin 1700 İT rəhbərinin iştirak etdiyi sorğu məlumatları əsasında hazırlanıb.

Araşdırmaya əsasən, Rusiya şirkətlərinin 79%-i hesab edir ki, mobillik biznes üçün əsas prioritetdir.

Sorğuda iştirak etmiş Rusiya şirkətlərinin yarısına yaxın hissəsi mobil qurğuların dəstəklənməsi texnologiyalarını tətbiq ediblər. Respondentlərin 36%-i “Mobile Device Management” (Mobil qurğulardan məlumatların idarəedilməsi həllərini), 44%-i isə “Mobile Application Management” (Mobil proqramların idarəedilməsi üçün həllər) sistemini istifadə ediblər.

Rusiya təşkilatlarının 29%-i əlavələrin virtuallaşdırılması texnologiyalarını tətbiq ediblər və ya bunu etmək niyyətindədirlər, sorğu iştirakçılarının 36%-i isə stolüstü kompüterlərin virtuallaşdırılması texnologiyalarını istifadə edirlər. Mobil əməkdaşlarını dəstəkləmək istəyən şirkətlərin 38%-dan çoxu faylların mübadiləsi, sinxronlaşdırılması və saxlanılması üçün həlləri artıq tətbiq ediblər və ya tətbiq etmək niyyətindədirlər.

Araşdırma göstərib ki, Rusiya şirkətlərinin 77%-i “Android” platformasını istifadə edirlər, şirkətlərin 39%-i “Apple iOS” platformasına üstünlük verirlər. “Microsoft Windows 8” əməliyyat sistemi “Windows Mobile”-ə nisbətən daha çox istifadə edilir və artıq şirkətlərin 61%-i bu əməliyyat sisteminin tam funksiyalı versiyasına keçmək niyyətindədir. “BlackBerry”nin payına şirkətlərin cəmi  8%-i düşür və onların 6%-i “BlackBerry”nin populyarlığının ötən illə müqayisədə artdığını bildiriblər.

Araşdırma göstərib ki, sorğu iştirakçılarının 52%-i internet portallarla bağlı əlavələrdən istifadə edir, 45%-i məlumatların mübadiləsi əlavələrinə üstünlük verir.

Təşkilatların 52%-i bildirib ki, mobil qurğuların əldə edilməsi prosesi hazır həllərin alınması ilə yanaşı, öz gücləri ilə hazırlanmış əlavələrdən ibarətdir. Respondentlərin 30%-i bildirib ki, hazır əlavələrə üstünlük verirlər. Bu arada şirkətlərin 10%-i bildirib ki, şəxsi tərtibatlarına üstünlük verir.

Araşdırmada qeyd edilib ki, mobil təşəbbüslərin reallaşdırılması zamanı əsas problemlər 41% hallarda onların mobil məqsədlər üçün uyğun olmadıqları ilə bağlı olur, 36% bir neçə mobil əməliyyat sistemlərinin istifadəsi ilə bağlı çətinliklərdir, 33% korporativ şəbəkədən kənarda biznes-məlumatların istifadəsinə dair siyasətin yoxluğu ilə bağlıdır.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL