waplog

İnkişaf etməkdə olan ölkələrdə “Cisco”nun məhsullarına tələbat azalıb



Cari rübdə “Cisco Systems” şirkətinin satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8-10 faiz azalacaq. Analitiklərin həm rübdə, həm də il ərzində şirkətin mənfəəti ilə bağlı gözləntiləri də özünü doğrultmayacaq. Ötən rübdə satış həcmi 12,1 milyard dollar təşkil edib ki, bu da analitiklərin proqnozlarından 12,36 milyard dollar azdır.

“Cisco” rəhbərləri inkişaf etməkdə olan ölkələrdə şirkətin məhsullarına tələbatın kəskin azalmasını qeyd edirlər. Belə ki, satış həcmi ötən illə müqayisədə Rusiyada 30 faiz, Braziliyada 25 faiz, Meksika, Hindistan və Çində 18 faiz azalıb. Şirkət nümayəndələrinin fikrincə, tələbatın azalması yaxın vaxtlarda dayanmayacaq, çünki müştərilər iqtisadi vəziyyətlə bağlı ehtiyat edirlər. “Cisco”nun baş direktoru Con Çembersin bildirdiyinə görə, ölkələrdə, xüsusilə Çində buna müəyyən təsiri ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyəti ilə bağlı dərc olunan məlumatlar da öz təsirini göstərib.  

Göstəricilərə şirkətin hazırda rabitə operatorları üçün yeni nəsil avadanlığın istehsalına başlaması ilə əlaqədar olaraq indiki modellərə sifarişlərin azalması da təsir göstərib. Bundan başqa, “Cisco” istifadəçilər üçün genişzolaqlı rabitə qurğularının buraxılması əvəzinə “bulud” texnologiyalarının tətbiqini planlaşdırır, eləcə də yenidən təşkilə xərclər çəkir, - "Computerworld www.osp.ru” yazır.   
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL