İnnovasiyalar və texnologiyaları özündə birləşdirəcək “Horizon - 2020” proqramı 2014-cü il yanvarın 1-dən reallaşacaq
Elmi tədqiqatlar və işləmələr, rəqabətlilik və innovasiyalar üzrə Avropa Birliyinin (AB) çərçivə proqramlarını, həmçinin, Avropa İnnovasiyalar və Texnologiyalar İnstitutunu özündə birləşdirəcək yeni “Horizon - 2020” proqramının reallaşması 2014-cü il yanvarın 1-dən başlayacaq.
Proqramda sosial və qlobal problemlərin (“yaşıl” energetika, nəqliyyat, iqlim dəyişkənliyi və əhalinin yaşlanması) həllinə cəlb olunmuş yüksək effektivli eko, nano, bio və info texnologiyalara üstünlük veriləcək.
Azərbaycan Elmi İnnovasiyalar Mərkəzindən (EİM) bildirilib ki, noyabrın ilk günlərində Litvanın paytaxtı Vilnüsdə keçirilən “ICT-2013” konfransında bu məsələlər bir daha nəzərdən keçirilib:
“Əməkdaşlıqla bağlı irəli sürülən təkliflər sırasında “Horizon-2020” proqramı çərçivəsində təhsil proqramları sahəsində əməkdaşlıqla bağlı Azərbaycanın da təklifi yer alıb. Bu danışıqların nəticəsi kimi, Azərbaycanın “Horizon-2020” çərçivə proqramında fəal iştirakı təmin edilə bilər ki, bunun üçün də hal-hazırda perspektiv işləmələrə malik, əlavə maliyyə dəstəyinə ehtiyacı olan daha çox alimlər bu işə cəlb olunmalıdırlar”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL