waplog

Dünya televizor bazarının həcmi 2,1 faiz artacaq



Analitiklərin proqnozlarına əsasən, dünya televizor bazarında son iki ildə qeydə alınan azalmanın tezliklə dayanması gözlənilir.  
Belə ki, “DisplaySearch” tədqiqat şirkəti ekspertlərinin bildirdiyinə görə, 2014-cü ildə dünyada televiziya qurğularının satış həcminin sayı 232 milyon ədədə çataraq 2013-cü ildə gözlənilən 228 milyonluq göstəricini ötəcək.
Mütəxəssislərin fikrincə, seqmentdə tələbatın bərpası gələn ilə nəzərdə tutulan iri idman tədbirləri, o cümlədən fevralda Soçidə keçiriləcək Qış Olimpiya Oyunları və iyun-iyulda Braziliyada baş tutacaq Futbol üzrə Dünya Çempionatı sayəsində mümkün olacaq.

“DisplaySearch” nümayəndələrinin hesablamalarına əsasən, işıq diodlu işıqlandırma ilə təchiz olunan televizorların satışı 11 faiz, düz panelli televizorların isə 2,1 faiz artacaq.

“Ultra HD TV” seqmentində yüksəliş gözlənilir. Belə ki, 2014-cü ildə bu növ məhsulların tədarükü 2013-cü ildə gözlənilən 930 min ədəd əvəzinə 3,9 milyon ədəd təşkil edəcək.


Bununla yanaşı, ötən ilin yekunları üzrə dünya televizor bazarında ilk dəfə olaraq azalma qeydə alınıb. “DisplaySearch”in məlumatına görə, televizorların tədarükü 6,4 faiz azalaraq 233 milyon ədəd təşkil edib. Analitiklərin fikrincə, bu il də tənəzzül qaçılmaz olacaq (2,2 faizlik azalma gözlənilir).

Qeyd etmək lazımdır ki, digər tədqiqat şirkəti “IHS” də oxşar proqnozları bölüşüb. Bu şirkətin qiymətləndirməsinə əsasən, cari ildə televizorların tədarükü 5 faiz – 238,2 milyondan 226,7 milyon ədədədək azalacaq, gələn il 1 faiz – 229 milyon ədədədək artacaq, - "DailyComm www.dailycomm.ru” yazır.


 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL