waplog

“İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi” üzrə seminarlar başlayır



 
Prezident yanında Elmin İnkişafı Fondu (EİF) “İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi” (EİF-RİTN-2/İKT-3-2013-8(14)) üzrə məsləhət seminarları keçiriləcək. Seminarların keçirilməsində məqsəd iddiaçılara müsabiqəyə təqdim olunacaq sənədlərin tərtibatı üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır.
 
Bu barədə məlumat verən EİF-in İcraçı Direksiyasından bildirilib ki, seminar cədvəlinə görə, ilk seminar 19 noyabr, ikinci seminar isə 22 noyabr tarixlərində keçiriləcək. Seminarlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində (Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 48B) təşkil edilir: “İştirak etmək istəyənlər 563 61 11 nömrəli telefona zəng vurmaqla və ya “qrant@elmfondu.az” elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər. Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar”.
 
 
Qeyd edək ki, “İKT sahəsində dərc  olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Elmin İnkişafı Fondu tərəfindən elan edilən 3-cü birgə müsabiqədir. Müsabiqə “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən, “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə həyata keçirilir. 3-cü birgə İKT üzrə mükafat müsabiqəsi çərçivəsində isə İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlər qiymətləndiriləcək və mükafatlandırılacaq.
 
Nəticələrin 2013-cü ilin dekabr ayında açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL