“Microsoft” Azərbaycanda həyata keçirilən texnoparkların və startapların inkişafı ilə bağlı layihələrdə iştirak etmək niyyətindədir
“Microsoft” şirkəti Azərbaycanda həyata keçirilən Texnoparkların və startapların inkişafı ilə bağlı layihələrdə yaxından iştirak etmək niyyətindədir.
Şirkətin Mərkəzi və Şərqi Avropa regionunun inkişaf edən ölkələr üzrə baş meneceri Takuya Hiranonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bir çox ölkələrin hökumətləri İKT sahəsində fəaliyyət göstərən texnoparkları iş yerlərinin artırılması üçün istifadə edir.
“Biz Azərbaycanda Texnoparkların və startapların inkişafı təşəbbüslərini, müxtəlif texnologiyaların inkişafı üçün yaradılan meydanı müsbət qiymətləndiririk. Lakin təşəbbüsün vacib məqamlarından biri bu parklarda necə insanların işləyəcəyidir. Kadr seçiminə ciddi yanaşmaq lazımdır. Mən hesab edirəm ki, yeni texnologiyaların və startapların yaradılacağı texnoparkın mövcudluğu, ixtisaslaşmış kadrlardan ibarət yaxşı komandanın yaradılması və “Microsoft” kimi bir şirkətin sponsor və təcrübə dəstəyindən istifadə etmək imkanı bu təşəbbüsün uğurlu olacağına zəmin yaradır. Biz çox böyük diqqətlə prosesləri izləyirik və bu layihələrdə yaxın iştirak etməyi düşünürük, çünki mən hesab edirəm ki, bu layihələrin gələcəyi var”,- deyə o qeyd edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL