2014-cü ildə smartfonlar üçün prosessorlar bazarında artım zəifləyəcək
"Digitimes Research" şirkəti analitiklərinin məlumatına görə, 2013-cü ildə dünya bazarında mobil qurğular üçün əlavə prosessorların tədarük həcmi 1,32 milyard ədədədək artacaq ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 43 faiz çoxdur. Ekspertlərin fikrincə, sahənin əsas istehsalçıları "Apple" və "Samsung" şirkətləri olaraq qalır. Proqnozlara görə, bu istehsalçılar cari ildə smartfonların satışını xeyli artıracaq.
Çin bazarının artmaqda olan həcmi 2013-cü ildə sahənin artımına müsbət təsir göstərib. Lakin növbəti ildə bazarda artımın zəifləyəcəyi gözlənilir. 2014-cü ildə ümumilikdə dünya əlavə prosessorları bazarının artım həcmi 23 faiz azalacaq.
2014-cü ildə "ARM Cortex-A12" arxitekturalı smartfonlar üçün əlavə prosessorlarının satışı sürətlə artacaq. Belə ki, 64 bitlik əlavə prosessorlarının payı "Apple" və "Samsung" şirkətlərinin səyi sayəsində 20 faiz yüksələcək. Bu iki şirkət "Qualcomm" ilə birlikdə yeni seqmenti fəal şəkildə mənimsəyəcək. Digər istehsalçılar isə 2015-ci ilədək prosesdən geri qalacaq.
Xatırladaq ki, "Strategy Analytics" şirkətinin son hesabatına əsasən, cari ilin ikinci rübündə smartfonlar üçün əlavələr prosessorlar bazarında artım 44 faiz və ya 4,4 milyard dollar təşkil edib. Bazarın həcmi 46 faiz artaraq 759 milyon dollara çatıb, - "3DNews www.3dnews.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL