Banqkokda Azərbaycanın “Yüksək Texnologiyalar Parkı” ilə bağlı görülən işlər təqdim ediləcək
Taylandın Banqkok şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu “ITU TelecomWorld 2013” sərgi-konfransında Azərbaycanın digər layihələri ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” (“YT Park”) ilə bağlı təqdimat da keçiriləcək.
“YT Park” respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb və əsas məqsədi İKT sahəsində davamlı inkişaf və rəqabət mühitinin yaradılmasıdır. “Yüksək Texnologiyalar Parkı”nda nəzərdə tutulan fəaliyyət sahələrinə mobil texnologiyalar, informasiya texnologiyaları, elektron biznes, animasiya qrafikaları, proqram mühəndisliyi, telekommunikasiya və kosmos, robot və mexanika, LED texnologiyaları, biotexnologiyalar, tibbi proqram təminatları, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, alternativ enerji və digər innovativ texnologiyalar daxildir.
İnnovativ və biliklərə əsaslanan iqtisadiyyatın qurulması, intellektual biznesin dəstəklənməsi, İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması və s. kimi missiyaları üzərinə götürən “YT Park” YT sahəsində fəaliyyət göstərən şirkətlərin əməkdaşlığı, elmi tədqiqat və inkişaf, həmçinin texnoloji mərkəzlərin yaradılması, innovativ “start-up”-lara lazımı dəstəyin verilməsi, yerli və xarici bazarlara girişin təmin edilməsi üçün regional innovativ ekosistem yaradılır. Park Pirallahı adasında ayrılmış 50 Ha ərazidə yaradılacaq. Parkın idarə olunması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılmış “Yüksək Texnologiyalar Parkı” - “YT Park” MMC-yə həvalə edilib.
Güzəşt və digər üstünlüklərə gəlincə, “YT Park”da fəaliyyət göstərən rezidentlərin idxal etdiyi infrastruktur və texnoloji avadanlıqlar 18 faiz əlavə dəyər vergisindən (ƏDV)-dən, rezidentlər 7 il müddətinə qədər mənfəət vergisindən, eyni zamanda 7 ilə qədər torpaq və əmlak vergilərindən azad edilirlər.
Qeyd edək ki, “YT Park” MMC tərəfindən Azərbaycan və ingilis dillərində “Yüksək Texnologiyalar Parkı”nın təşkili və fəaliyyət istiqamətlərini əks etdirən bukletlər də hazırlanıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL