waplog

İKT ilində müasir telekommunikasiya xidmətlərinin həcminin artırılması ilə bağlı kampaniyaya başlanılıb


"İnformasiya-kommunikasiya texnologiyaları" ilində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhərində vətəndaşlara göstərilən müasir telekommunikasiya xidmətlərinin həcmini artırmaq məqsədilə, eləcə də 6 dekabr "Rabitəçilərin peşə bayramı" və 31 dekabr "Dünya Azərbaycanlıların Həmrəylik" günü ilə əlaqədar kampaniya keçirir.
 
Birlikdən verilən məlumata görə, kampaniya çərçivəsində 2 telefon çəkdirən abunəçi (əhali və təşkilat) üçün bir ədədi pulsuz sənədləşdirilir, CDMA nömrələrinin şəbəkəyə pulsuz qoşulması və genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və İP-TV xidmətlərinin pulsuz qoşulması təmin edilir. Bununla yanaşı,  3 Mbit/s və yuxarı sürətlə genişzolaqlı internetə yeni qoşulan istifadəçiyə 3 ay müddətində əlavə 1 Mbit/san sürət bonus verilir və Bakı şəhər ərazisində daşınan İP telefon nömrəsi 20 manat tariflə sənədləşdirilir.
 
Qeyd edək ki, güzəştli tariflərin tətbiq olunduğu sözügedən kampaniya dekabr ayının 31-dək davam edəcək.

CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL