Azərbaycanda ilk dəfə bitki genetik ehtiyatları üzrə informasiya sistemi yaradılıb
Azərbaycanda ilk dəfə bitki genetik ehtiyatları üzrə informasiya məkanının formalaşdırılmasının əsasları işlənib hazırlanıb və yeni tipli proqram təminatı - informasiya axtarış sistemi yaradılıb. Bu barədə Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Afiq Məmmədov AMEA Rəyasət Heyətində keçirilən AMEA Aqrar Elmlər Bölməsinin (AEB) növbəti yığıncağında məlumat verib.
“Azərbaycanın bitki genetik ehtiyatları (BGE) üzrə informasiya sistemi” mövzusunda məruzə ilə çıxış edən A.Məmmədovun sözlərinə görə, respublikada BGE-nin milli kolleksiyaları inventarlaşdırılıb, bunun əsasında Mərkəzi Məlumat Bazası yaradılıb və Milli İnformasiya Mübadiləsi Mexanizmi qurulub: “Respublikanın 10 rayonunda 200-dən çox fermer təsərrüfatından toplanmış məlumatlar əsasında müasir informasiya texnologiyalarının köməyi ilə nar bitkisinin bioekocoğrafi tədqiqi aparılıb və müəyyən edilib ki, zənginlik indekslərinin göstəriciləri yüksək müxtəlifliyin mövcudluğunu sübut edir”.
Yaradılmış informasiya sistemindən səmərəli istifadənin prinsip və qaydalarının işlənib hazırlandığını da söyləyən A.Məmmədov informasiya texnologiyalarının vasitəsilə BGE üzrə milli kolleksiyaların taksonomik tərkibinin öyrənildiyini, məlumat bazasının Azərbaycan florası və regional kolleksiyalarla müqayisədə təhlil edildiyini və tövsiyələrin hazırlandığını nəzərə çatdırıb. Qeyd edək ki, informasiya sisteminin yaradılması ilə bağlı çoxillik tədqiqatlar akademik Cəlal Əliyevin rəhbərliyi ilə həyata keçirilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL