“Nokia” səhmdarları telefon biznesinin satılmasını təsdiq ediblər
“Nokia” şirkətinin səsvermədə iştirak edən səhmdarları “Devices & Services” bölməsinin “Microsoft” korporasiyasına satılmasına dair sazişi yekdilliklə bəyəniblər. Smartfon istehsalı üzrə biznesin “Microsoft” korporasiyasının ixtiyarına verilməsinə görə səhmdarlar toplantısında iştirak edənlərin 97 faizi buna səs verib. ABŞ korporasiyası indi yalnız müxtəlif ölkələrin antiinhisar orqanlarının qərarını gözləməlidir.
Dəyəri 5,44 milyard avro qiymətləndirilən sazişin 2014-cü ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Sazişə görə, “Nokia”nın 32 min əməkdaşı “Microsoft”un sərəncamına keçəcək, Stiven Elop baş direktor vəzifəsini, eləcə də Direktorlar Şurası üzvlüyünü tərk edəcək və “Devices & Services” bölməsinin vitse-prezidenti vəzifəsini tutacaq.
“Microsoft” korporasiyası “Nokia” brendindən 10 il müddətinə istifadə etmək hüququ qazanıb, lakin bu yalnız adi mobil telefonlara şamil olunur. Eyni zamanda ABŞ korporasiyası “Asha” və “Lumia” ticarət markalarına patent hüququ əldə edib. Öz növbəsində Finlandiya şirkəti smartfonların hazırlanması və istehsalı əvəzinə “Here” geolokasiya xidmətinin inkişafı ilə məşğul olacaq, - "Onliner” www.onliner.by yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL