Avropa Parlamenti ABŞ-la məlumat mübadiləsini dayandıra bilər
Avropa Parlamenti bildirib ki, Avropa İttifaqı (Aİ) vətəndaşlarının məlumatları Amerika internet şirkətləri tərəfindən Avropada saxlanacağı təqdirdə ABŞ-la məlumat mübadiləsi haqda saziş imzalanacaq.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, Avropa Parlamentinin məlumatların qorunması haqda qanunun tərtibatına cavabdeh üzvü Yaap Filipp Albreht bəyan edib ki, Avropa İttifaqının nümayəndələri Vaşinqtonda Amerikanın güc strukturları və siyasi dairələri ilə görüş keçirib. Onun sözlərinə əsasən, Aİ vətəndaşlarının hüquqları ABŞ-da Avropada olduğu kimi olmalıdır.
"Aİ-də qanun hamı üçün eyni gücə malikdir. ABŞ vətəndaşı məlumatlarının emalı ilə problemlər yaşayırsa, o, Avropa Məhkəməsinə müraciət edə bilər. Biz istəyirik ki, eyni hüquqlar ABŞ-da da təmin edilsin. Bu, mümkün olduğu halda yeni sazişin əsası yaranmış olar. Bizə yeni mənasız Aİ-ABŞ sazişi lazım deyil. Snoudenin açıqladığı məlumatlar göstərdi ki, avropalıların məlumatlarının ABŞ-da təhlükəsizliyi təmin edilmir", - deyə Albreht bildirib.
Əvvəllər sazişlə bağlı rəqəmli inkişaf məsələləri üzrə Avropa komissarı Vivian Redinq və ABŞ-ın baş prokuroru Erik Holder görüşüblər. Görüş nəticələrinə əsasən, onlar birgə bəyanat dərc ediblər və razı olublar ki, bu gün tam anlaşma yoxdur, lakin tərəflər irəli getməyə hazırdılar. Tərəflər eyni zamanda bildiriblər ki, Brüssel və Vaşinqton yekun sazişi 2014-cü ilin yayına kimi imzalamaq niyyətindədirlər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL