Əbu-Dabidə ildə 30 milyon sərnişini qəbul edəcək aeroport tikiləcək
Proqnozlara əsasən, 2030-cu ilədək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərinin əhalisinin sayı 3 dəfə artaraq təxminən 3 milyon nəfər təşkil edəcək, səhrada yerləşən şəhər isə genişlənərək inkişaf etmiş infrastruktur tələb edəcək. Bu məqsədlə burada 1982-ci ildə tikilmiş mövcud “Abu Dhabi International Airport Midfield Complex” ilə yanaşı, ultramüasir beynəlxalq hava limanının inşası nəzərdə tutulur.
İldə 30 milyon və saatda 8,5 min sərnişini qəbul edə biləcək nəhəng kompleksin layihəsi “Kohn Pedersen Fox” beynəlxalq arxitektura bürosunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Tikilinin əsasını 50 metrlik tağşəkilli qübbədən və 4 əlavə terminaldan ibarət əsas terminal təşkil edəcək. Burada geniş ictimai zona və çoxsaylı ticarət yerləri ilə yanaşı, yeni aeroportun səhrada yaşıl oazislə maksimum uyğunlaşması üçün 8500 kvadratmetr ərazidə bağ və park zonaları salınacaq, - “Onliner.www.onliner.by” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL