waplog

“Apple” Kupertinoda yeni mənzil-qərargahının tikintisinə icazə alıb



“Apple” şirkəti Kaliforniya ştatı və Kupertino şəhər hakimiyyətindən 71,2 ha ərazini əhatə edəcək və xarici görünüşünə görə uçan boşqabı xatırladan yeni mənzil-qərargahının tikintisinə son icazəni alıb. Şirkətə Kupertinoda ödənilən vergilərin məbləğini artırmağa razılıq verdikdən sonra göstərilən ərazini uzunmüddətli icarəyə götürməyə və tikinti işlərinə başlamağa icazə verilib. ABŞ istehsalçısı Kupertino şəhər meriyası ilə binanın inşası və istismarına dair 20 illik müqavilə imzalayıb.   

Bükük şüşə, beton və poladdan hazırlanan dördmərtəbəli dairəvi bina 14 200 əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulmaqla 260 min kvadratmetrlik ümumi ərazidə yerləşəcək, eləcə də 6 min ağacla əhatə olunacaq.   

Yeni ofisin ərazisində yeraltı maşın dayanacağı, min nəfərlik auditoriya, korporativ sağlamlıq mərkəzi, kafe və tədqiqat laboratoriyaları yerləşəcək.  

 “Kosmik” ofisin yaradılması ilə bağlı planı ilk dəfə 2011-ci ilin iyununda şirkətin keçmiş baş direktoru Stiv Cobs ölümünə 4 ay qalmış səsləndirib.

Qeyd edək ki, “Apple”ın “Infinite Loop” küçəsində yerləşən hazırkı mənzil-qərargahında 3 minədək əməkdaş çalışır, - “Cybersecurity www.cybersecurity.ru” yazır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL