waplog

“Microsoft” top-menecerlərinin əməkhaqqısı 4 ildə ilk dəfə azalıb


“Microsoft” korporasiyasının baş direktor Stiv Balmer daxil olmaqla beş ən çox əməkhaqqı alan direktorunun orta əməkhaqqısı 2011-2012-ci maliyyə ilinin 7,48 milyon dollarlıq göstəricisi ilə müqayisədə 2012-2013-cü maliyyə ilində 3,7 faiz azalaraq 7,2 milyon dollar təşkil edib. Bu rəqəmlər ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edilən sənəddə yer alıb.

Ötən il korporasiyanın ümumilikdə beş ən çox əməkhaqqı alan direktoru 36 milyon dollar qazanıb. Bu məbləğə məvacib, bonus və səhm şəklində mükafatlar daxildir.

Son 4 il ərzində “Microsoft” direktorlarının əməkhaqqısı ilk dəfə azalıb. Müqayisə üçün qeyd edək ki, 2011-2012-ci maliyyə ilində əməkhaqqı 22 faiz, 2010-2011-ci maliyyə ilində 23 faiz artıb.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL