“Sony” daha qənaətcil olacaq
Yaponiyanın elektronika istehsalçısı “Sony” şirkəti istehsal xərclərini 100 milyon dollar azaltmağı planlaşdırır.
Belə ki, nəzərdə tutulan xərclərə qənaət proqramı çərçivəsində Yaponiya şirkəti iş yerlərini azaltmağa məcbur olacaq. Vəziyyətin noyabrın 21-də keçiriləcək konfransda tam aydınlaşacağı gözlənilir. Tədbirdə şirkət rəhbəri Kazuo Hirai şirkətin əyləncə biznesinin gələcək strategiyasını müzakirə edəcək.
“Sony” ikinci maliyyə ilinin yekunları üzrə itkilərlə üzləşdikdən sonra çəkilən xərclərə qənaət etmək qərarına gəlib. Sonradan “Moody's Investors Service” beynəlxalq reytinq agentliyi “Sony”nin mənfəətinin azalması səbəbindən şirkətin uzunmüddətli kredit reytinqini azaltmaq niyyətində olduğunu bəyan edib.
2014-cü ilin martın sonunda başa çatacaq hazırkı maliyyə ilinin yekunları üzrə Yaponiya istehsalçısı 30 milyard yen (təxminən 305 milyon dollar) məbləğində xalis mənfəət qazanacağını gözləyir ki, bu da əvvəlki qiymətləndirmədən 40 faiz azdır. İkinci maliyyə ilində istehsalçının maliyyə itkiləri təxminən 193 milyon dollar təşkil edib, - "DailyComm www.dailycomm.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL