waplog

2017-ci ilədək smartfonlar insanlardan daha “ağıllı” olacaq


“Gartner” analitik agentliyinin hesabatına əsasən, 4 il sonra mobil qurğular o qədər ağıllanacaq ki, məsələn, öz sahibinin sonrakı hərəkətini və ya onun yeni satın almasını öncədən söyləyə biləcək. "2017-ci ilədək smartfonlar insanlardan daha ağıllı olacaq" – şirkətin araşdırmalar üzrə vitse-prezidenti Karolina Milanezi deyib.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ekspertin sözlərinə görə, 4 il sonra smartfonlar faktiki olaraq rəqəmli katiblərə çevriləcək. Onlar insanlardan daha bilikli olacaqlar. Lakin bu, yalnız o halda mümkün olacaq ki, istifadəçi məlumatlarının “bulud” sistemində saxlanılması və emalına razılaşsın.


Milanezinin sözlərinə görə, smartfonlar təqvimdən informasiya əldə edəcək, müxtəlif datçiklərin göstəricilərini təhlil edəcək və s. Artıq hazırda yuxarıda sadalananların bəziləri baş verir: "Android” platforması ilə işləyən qurğularda “Google Now” şəxsi köməkçisini xatırlamaq kifayətdir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL