Bakı Beynəlxalq Avtovağzal Kompleksi elektron ticarət xidmətinə qoşulub
“AzeriCard” prosessinq mərkəzi növbəti onlayn ödəniş sistemini təqdim edib. Prosessinq mərkəzindən verilən məlumata görə, bu yaxınlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin elektron ticarət xidmətinə qoşulması işləri başa çatıb. Sözügedən xidmət avtobus ilə səyahət edənlərə biletlərini onlayn rejimində almağa imkan yaradır. Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəsmi saytına (www.bbak.az) daxil olmaqla əldə etmək olar.
Qeyd edək ki, ödəniş “VISA”, “VISA Electron”, “MasterCard” və “Maestro” elektron bank kartları vasitəsilə keçirilir. Elektron bank kartlarının məlumatlarının təhlükəsizliyi “3D Secure” sistemi vasitəsilə təmin olunur.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL