waplog

ADİU-da nağdsız hesablaşmalara dair təqdimat keçiriləcək



Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Dövlət İqtisad Universiteti "Nağdsız hesablaşmalar: beynəlxalq və yerli təcrübə" mövzusunda təqdimat keçirir.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə universitetin rəsmi saytında yerləşdirilən elanda deyilir.

Təqdimat çərçivəsində nağdsız hesablaşmaların iqtisadi artım kontekstində faydalılığı, müasir nağdsız ödəniş alətləri və onların Azərbaycanda tətbiqi imkanları və s. məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, təqdimat bu gün saat 18:30-da universitetin "Magistratura" mərkəzində  təşkil ediləcək.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL