waplog

“Sharp” şirkəti smartfon bazarında “Foxconn” ilə əməkdaşlığı dayandıracaq



“Foxconn Technology Group” şirkəti Çin bazarında satılan “Sharp” brendli mobil telefonların istehsalını dayandıracaq. 

Belə ki, Yaponiyanın “Sharp” elektronika və displey istehsalçısı 2012-ci ildə satışına Çində başlanılan mobil telefonların satış həcminin zəif olması səbəbindən diqqətini yerli bazara yönəltmək niyyətindədir.  
    
“Sharp” üçün “Foxconn”un istehsal gücü ilə smartfonların buraxılması 2012-ci ildə - “Hon Hai Precision Industry” şirkətinin (bazarda “Foxconn” adı ilə fəaliyyət göstərir) idarə heyətinin sədri Terri Qou “Sharp”ın maye-kristal televizor panellərinin istehsalı üzrə zavoduna investisiyalar yatırmağa razılıq verdikdən sonra başlayan genişmiqyaslı əməkdaşlığın tərkib hissəsi olub. Bundan başqa, “Hon Hai” tərəfdaşın 10 faizlik payını almağı planlaşdırsa da, “Sharp”ın səhmlərinin məzənnəsinin azalmasına görə sövdələşmə baş tutmayıb.  

Hazırda şirkətlər Çinin smartfon bazarında fəaliyyət göstərməkdən imtina edərək yerli istehsalçılar tərəfindən artan rəqabət fonunda öz imkan və risklərini qiymətləndirib.

Lakin şirkətlər digər sahələrdə, o cümlədən panel istehsalı sahəsində tərəfdaşlıq əlaqələrini saxlayacaq. 


Qeyd edək ki, ikinci maliyyə ilində (2013-cü il iyul-sentyabr) “Sharp”ın xalis mənfəəti 13,6 milyard yen (136 milyon dollar) təşkil etdiyi halda bir il əvvəl 249,2 milyard yen məbləğində maliyyə itkisi ilə üzləşib, - "DailyComm www.dailycomm.ru” yazır.     

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL