waplog

“Bakutel 2013” sərgisində startupçılara geniş imkanlar yaradılacaq


Bu il Azərbaycanda böyük vüsət alan “startup” hərəkatına Bakıda keçiriləcək “Bakutel 2013” Telekommunikasiya və İnformasiya Texnologiyaları beynəlxalq sərgi-konfransında da geniş diqqət yetiriləcək. 2 - 5 dekabr tarixində Bakı Ekspo Mərkəzində düzənlənəcək sərgidə həm yerli, həm də xaricdən gələn gənc startupçıların iştirakı nəzərdə tutulub. Bununla belə, “Bakutel 2013” çərçivəsində “Azərbaycanda milli startupların dəstəklənməsi” mövzusunda konfransın keçirilməsi planlaşdırılır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, İT ideyaları ilə sərgi-konfransa qatılacaq startupçılar geniş imkanlar əldə edəcəklər. Belə ki, startupçılara öz ideya və məhsullarını hərtərəfli nümayiş etdirmək üçün lazım olan bütün şərait yaradılıb. Bundan başqa onlar qarşılıqlı fikir mübadiləsi apara, Azərbaycana təşrif buyurmuş digər startupçılarla tanış ola biləcəklər. Onların ideyaları və məhsulları ilə maraqlanmaq, əlaqə qurmaq imkanları olacaq. Üstəlik, dünyada bu sahədə gedən proseslərdən xəbərdar ola biləcəklər.
 
 Eyni zamanda, startupçıları maraqlandıran ən başlıca məsələlərdən biri olan investorlarla da əlaqələr qurmaq, öz məhsulları haqqında onlara məlumat vermək, eləcə də müqavilələr bağlamaq, layihələrə investor cəlb etmək kimi imkanları olacaq.
 
 
Qeyd edək ki, son illər Azərbaycanda startup sahəsi çox sürətlə inkişaf edən sektorlardan biri hesab olunur. 2013-cü ilin “İKT ili” elan edilməsi sözügedən sahənin daha da irəli çıxmasına, onların cəmiyyətə tanıdılmasına və gəlir əldə etməsinə gətirib çıxardıb. Ekspertlər hesab edir ki, Azərbaycanın internet bazarının genişlənməsi, informasiya-məlumat sahəsində şəffaflığın artması, genişzolaqlı internet istifadəçilərinin sayının artması, hökumətin həm elektron xidmətləri, həm də onlayn alış-verişi təşviq etməsi startupların sıçrayışlı inkişafına münbit şərait yaradıb. Üstəlik, iş adamlarının, investorların da sahənin gəlirliliyini nəzərə alaraq sektora sərmayə qoymağa maraq göstərməsi gənc startupçıları daha da həvəsləndirib. Elə bu səbəbdəndir ki, ölkədə yüzlərlə startup layihələri irəli sürülərək tətbiq olunmağa başlanıb. Onların böyük əksəriyyəti artıq gəlir gətirməyə başlayıb.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL