waplog

“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi  “Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində yeni texnologiyaları nümayiş etdirəcək.  Birliyin yaydığı məlumata görə, nümayişə DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsinin respublika ərazisində qurulması ilə yeni televiziya yayım standartının tətbiqi, İPTV-nin perspektivliyi, rəqəmli radio-rele şəbəkəsinin səmərəliliyi və “Teleradio” İB-nin iqtisadi və texniki göstəricilərinin artım dinamikası istiqamətləri daxildir. 

Qeyd edək ki, builki sərginin fərqləndirici cəhəti çoxsaylı milli stendlərin iştirakı olacaq və bu stendlər sərgidə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə iştirak edirlər. Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və bir sıra digər ölkələrin milli stendləri də sərgidə geniş şəkildə təqdim olunacaq. Əfqanıstan, İtaliya, İraq və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edəcəklər. Bu il “Bakutel” sərgisinin baş sponsoru sərginin daimi iştirakçısı, habelə informasiya texnologiyaları sahəsində ən böyük amerikan şirkətlərindən biri olan “HP” şirkətidir.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər.
Xatırladaq ki, “Bakutel” sərgisinin beynəlxalq nüfuzu bu sahə üzrə beynəlxalq təsisatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Elektrik Rabitə İttifaqı (ITU) və Regional Rabitə Birliyinin (RRB) dəstəyi, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı ilə təsdiq olunur.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL