waplog

“Samsung” 250 milyon dollar dəyərində cərimələnib



 
San-Xose şəhərində andlılar məhkəməsi “Samsung” şirkətini “Apple”ın patentlərini pozmaqda təqsirli bilib. Məhkəmənin qərarına əsasən, o, rəqibinə  290 milyon dollar dəyərində kompensasiya ödəməlidir. Bu haqda noyabrın 22-də “Agence France-Presse” agentliyi məlumat yayıb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “BBC News” yazıb ki, cərimənin məbləği “Apple” şirkətinin nəzərdə tutduğundan aşağı olub: onlar təxminən 380 milyon dollar almağı hesablayıblar. “Samsung” şirkətinin nümayəndələri isə hesab edir ki, onlar cəmisi 52 milyon ödəməlidirlər. Koreya şirkətinin Apelyasiya Məhkəməsinə şikayət verəcəyi gözlənilir.

Xatırladaq ki, dünyanın iki ən böyük smartfon istehsalçısı arasında 2010-cu ildən etibarən "patent müharibəsi" aparılır. 2012-ci ilin avqustunda məhkəmə Koreya şirkətini “Apple”ın beş patentinin hüququnu pozmaqda təqsirli bilib və şirkətin 1,05 milyard dollar dəyərində kompensasiya ödəməli olduğunu deyib. Bundan sonra cərimənin məbləği 405 milyon dollaradək azaldılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL