“Foxconn” smartfon və planşet istehsalının ABŞ-da yerləşdirilməsi ilə bağlı danışıqlar aparır
"Apple" şirkətinin müqavilə əsasında fəaliyyət göstərən nəhəng "Hon Hai Precision Industry" korporasiyası (brend Foxconn) smartfon və planşet istehsalının ABŞ-da yerləşdirilməsini növbəti inkişaf mərhələsinin tərkib hissəsi kimi müəyyənləşdirərək bu istiqamətdə imkanlar axtarır. Bu barədə "Hon Hai Group"un sədri və prezidenti Terri Qou jurnalistlərlə görüşdə bildirib.
"Foxconn" istehsalın ABŞ-da yerləşdirilməsi üçün bir neçə stimula malikdir. Belə ki, ABŞ Prezidenti Barak Obama administrasiyası hazırda istehsalın ölkəyə qaytarılmasını mühüm amil hesab edir ki, bu da şirkətə müəyyən vergi imtiyazları əldə etməyə imkan verə bilər. Bundan başqa, Tayvan şirkətini burada əldə edilməsi mümkün olan yüksəkixtisaslı işçi qüvvəsi maraqlandırır. Daimi əməkhaqqı artımı (Çində illik minimal əməkhaqqı artımı 10-15 faiz təşkil edir) və yüksəkixtisaslı kadrlarda müşahidə olunan çatışmazlıq Asiya texnoloji şirkətlərinin başlıca problemidir.
"Foxconn" ABŞ-ın şimal və şərq sahillərində iki mənzil-qərargahı açmağı planlaşdırır. T.Qou artıq Arizona qubernatoru Caniz Bryuer ilə zavodun bu ştatdan yerləşməsi ilə bağlı danışıqlar aparıb, - "3DNews www.3dnews.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL