Bakıda “IBM-dən təhlükəsizlik üzrə həllər” mövzusunda seminar keçiriləcək
Bakıda dekabrın 12-də “IBM-dən təhlükəsizlik üzrə həllər” mövzusunda seminar keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “IBM” şirkəti informasiya texnologiyaları sahəsində lider olaraq potensial müştərilərinə müxtəlif problemlərin həlli üçün təhlükəsizlik sistemləri kombinasiyalarını təqdim edir.
Seminar çərçivəsində Rusiyanın aparıcı mütəxəssisləri informasiya təhlükəsizliyinin və dünya miqyaslı təhdidlərin müasir trendləri, informasiya sistemlərinin və bu təhdidlərin qarşısının alınması üçün “IBM” həlləri haqda məlumat təqdim edəcək.
Ekspertlər şirkəti “IBM Security Systems”, “AppScan”, “SIEM Qradar”, “IBM IPS”, “IDM/AM”, “Guardium” və “Trusteer” kimi həllər haqda məlumat verəcəklər.
Tədbir İТ rəhbərləri, informasiya təhlükəsizliyi üzrə direktorlar, İT mütəxəssisləri və ekspertlər üçün nəzərdə tutulub.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL