“Bakcell” şirkəti “Hesab.az” portalında yeni kampaniyaya start verib
“Bakcell” şirkəti abunəçilərinə “Hesab.az” onlayn xidmətlər portalının xidmətlərini istifadə edərək əlavə bonuslar qazanmaq imkanı təqdim edib.
“Bakcell”dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, artıq “Hesab.az” portalında sayca altıncı və sonuncu olacaq "Bakcell həftələri" adlı kampaniyaya start verilib.
Kampaniya çərçivəsində “Hesab.az” portalında qeydiyyatdan keçən istifadəçilər, “Bakcell” xidmətləri üzrə aparılan 10 manatadək əməliyyatlara görə hər 1 manata 200 bonus xalı qazanacaqlar. Bu arada, 10 manatdan 20 manatadək aparılan ödənişlərin hər 1 manatı istifadəçilərə 300 bonus xalı qazandıracaq və nəhayət, 20 manatdan çox ödəniş edənlər ödədikləri hər 1 manata 400 bonus xalı qazanacaqlar.
Bonus xalları ilə “Bakcell” abunəçiləri “Hesab.az” hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər.
Kampaniya ərzində portaldakı hərraclara müxtəlif çeşiddə hədiyyələr çıxarılır. Hərraclarda iştirak etmək üçün istifadəçilər “Hesab.az” portalında qeydiyyatdan keçməli və ən azı 20 min bonus xalı toplamalıdırlar.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL