Azərbaycanda müəyyən radiotezlik zolaqlarının perspektiv və effektiv istifadəsi ilə bağlı yüksəksəviyyəli görüş keçiriləcək
Bakıda dekabrın 3-də Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrin rabitə tənzimləyicilərinin radiotezliklərin istifadəsini tənzimləyən strukturların rəhbərləri üçün yüksəksəviyyəli görüş keçiriləcək.
“ICTnews” xəbər xidmətinin RRB-nin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, tədbir çərçivəsində 694-790 MHz radiotezlik zolaqlarının perspektiv və effektiv istifadəsi məsələləri müzakirə ediləcək.
İclasın proqramına qeyd edilən tezlik zolaqlarının hazırkı və gələcək istifadəsi məsələləri, RRB və digər beynəlxalq təşkilatlar, həmçinin qonşu dövlətlərlə əməkdaşlıq çərçivəsində praktiki müzakirəsi daxildir.
İstehsalçı şirkətlər internetə genişzolaqlı simsiz çıxış avadanlıqları istehsalının təşkili və onların 694-790 MHz radiotezlik zolaqlarında əsas fəaliyyəti haqda məlumat təqdim edəcəklər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL