2560×1440 nöqtə təsvir ölçülü ekrana malik smartfon dekabrın 12-də satışa çıxarılacaq
"BBK Electronics" şirkəti 2560×1440 nöqtə təsvir ölçülü 5,7 düymlük ekranla təchiz edilmiş "Vivo Xplay 3S" smartfonunun çıxarılma rəsmi tarixini açıqlayıb. Aparat 2013-cü il dekabrın 12-də satışa çıxarılacaq, onun qiyməti daha sonra elan ediləcək. "Vivo Xplay 3S" smartfonu 2.3 QHs takt tezlikli "Qualcomm Snapdragon 800" dördnüvəli prosessoru, "Adreno 330" qrafik çipi ilə təchiz edilib.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, smartfonun əməli yaddaş həcmi 3 QB, daxili yaddaşı 32/64 QB təşkil edir. 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kamera var, həmçinin "LTE" şəbəkələri dəstəklənir. Ehtimal ki, aparatın qiyməti baha olacaq.
Xatırladaq ki, aparatda istifadə edilmiş ekran "Qualcomm" şirkəti tərəfindən bu ilin yazında nümayiş etdirilib. O zaman istehsalçı 2560×1440 nöqtə təsvir ölçüsü və 576 ppi piksel sıxlığına malik 5.1 düymlük displeylə təchiz edilmiş smartfon təqdim etmişdi. Tətbiq edilmiş texnologiya aşağı enerji sərfiyyatına malik olmağa icazə verir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL