waplog

2017-ci ilədək “4G” istifadəçilərinin sayı 1 milyarda çatacaq


2017-ci ilədək “4G” şəbəkələri istifadəçilərinin sayı 1 milyarda çatacaq. Bu haqda “GSMA” Mobil Operatorlar Assosiasiyasının yeni araşdırmasına istinadən “The Financial Times” yazıb.

Qəzet yazır ki, əksər ölkələrdə dördüncü nəsil şəbəkələrinə keçid daha sürətli baş verəcək.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, nəşr bunu mobil rabitə sahəsində görünməmiş tərəqqi adlandırıb. 2013-cü ilin sonunadək “4G” istifadəçilərinin sayı 176 milyon olacaq.
Bundan başqa, proqnoza əsasən, 2017-ci ilədək 128 ölkədə təqribən 500  LTE şəbəkəsi fəaliyyət göstərəcək. Bu, cari göstərici ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL