waplog

“Samsung” şirkəti 40 gün ərzində 10 min bükük “Galaxy Round” smartfonu satıb


Şayiələrə görə, “Apple” bükük korpusla təchiz edilmiş smartfon istehsal edəcək. Lakin Amerika korporasiyası bu barədə ciddi düşünməlidir, çünki adı çəkilən qurğulara tələbat hazırda azdır.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki,  Koreyanın “Daum” resursunun məlumatlarına əsasən, 40 gün ərzində 10 milyon bükük “Galaxy Round” smartfonu satılıb. Aparat yalnız Cənubi Koreyada əlçatandır və qiyməti təxminən 1000 dollar təşkil edir.

Müqayisə üçün, “Samsung” şirkəti 40 gün ərzində vətənində 500 min ədəd “Galaxy Note 3” planşetofonu satıb. Müvafiq dövrdə 10 milyon “Galaxy S4” qabaqcıl modeli satılıb.

Ehtimal ki, “Galaxy Round” smartfonunun qiyməti onun satışına mane olur. Qurğu “Galaxy Note 3”-dən iki dəfə baha qiymətə satılır, lakin oxşar xarakteristikalara malikdir.

Bükük smartfon 1920 x 1080 piksel təsvir ölçülü 5,7 düymlük “Super AMOLED” ekran, 2.3 QHs takt tezlikli dördnüvəli prosessor, 3 QB əməli yaddaş və 32 QB daxili yaddaş, həmçinin 13 meqapiksellik daxili kamera və “Android 4.3 Jelly Bean” əməliyyat sistemi ilə təchiz edilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL