waplog

“Nokia” istehlak elektronikası bazarına qayıda bilər



“Nokia” rəhbərliyi şirkətin gələcəkdə istehlak elektronikası bazarına qayıtmaq niyyətində olduğunu açıqlayıb.  
Belə ki, “The Economist” jurnalına müsahibədə şirkətin idarə heyətinin sədri Risto Silasma yenilənmiş “Nokia”nın qarşısında müasir dünyada açılan imkanlardan söz açaraq Finlandiya istehsalçısının mobil telefonlar bazarına qayıda bilməsinə işarə edib.   
İdarə heyəti sədrinin sözləri bir qədər qəribə görünə bilər, çünki hazırda “Nokia”nın telefon biznesinin “Microsoft” korporasiyasına satılması üzrə sazişin rəsmiləşdirilməsi işləri aparılır.

Bundan əvvəl “Nokia” şirkətinin naviqasiya xidmətləri və kommersiya üzrə vitse-prezidenti Maykl Helbherr də oxşar bəyanatla çıxış edib.

“Bizim mobil qurğuların istehsalı üzrə biznesimizin satılmasının səbəbləri var, lakin bu, o demək deyil ki, biz indi bu istiqamətdən kənarda qalacağıq”, - “Devices & Services” bölməsinin satılmasını şərh edən vitse-prezident bildirib.

“Heç kəs bizə mobil qurğular istehsalını qadağan etmir. Çox güman ki, biz tamamilə yeni növ qurğu yaradacağıq. Biz gələcəkdə də insanları qabaqcıl məhsullarla təəccübləndirmək niyyətindəyik”, - o qeyd edib, - "DailyComm www.dailycomm.ru” yazır.  






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL