İspaniya ilə yeni əməkdaşlıq imkanları müzakirə edilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığının sabiq xarici işlər naziri Miqel Anxel Moratinosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Azərbaycanın İKT siyasəti, bu sahədə aparılan islahatlar və həyata keçirilən layihələr barədə qonaqları məlumatlandıran rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Krallıqla iqtisadi münasibətlərin, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsinin daha da inkişaf etdirilməsində ölkəmizin maraqlı tərəf kimi çıxış etdiyini qeyd edib.
İkitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin zəruriliyindən danışan nazir müavini peyk sənayesi, RİTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, RİTN-in tabeliyində “Yüksək Texnologiyalar Parkı” ilə potensial əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”-in əhatə zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələrinin daxil olduğunu da vurğulayan E.Vəlizadə milli peykin xidmətlərindən İspaniya tərəfinin də istifadə edə biləcəyini qeyd edib. 2-5 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - “Bakutel 2013” sərgisinin keçiriləcəyinə də toxunan E.Vəlizadə tədbirdə ispan şirkətlərinin iştirakını iki ölkənin telekommunikasiya şirkətləri arasında əlaqələrin qurulmasında yaxşı başlanğıc kimi qiymətləndirib.
Daha sonra Azərbaycanın bu gün iki böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının qətnaməsi ilə 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) üzrə koordinator, artıq istismarına başlanılan “Europe Persia Express Gateway (EPEG)” layihəsində isə əsas təşəbbüskar və iştirakçılardan olduğunu vurğulayan nazir müavini ölkəmizin regionun İKT mərkəzinə çevrildiyini qeyd edib.
Son 10 ildə Azərbaycan iqtisadiyyatının artım dinamikasının təqdirəlayiq olduğunu deyən Miqel Anxel Moratinos ölkəsinin Azərbaycanla digər iqtisadi sahələrlə yanaşı, telekommunikasiya sahəsində də əməkdaşlığa maraq göstərdiyini bildirib.
Görüşün sonunda ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə İşçi Qrupun yaradılması qərara alınıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL