“Lenovo” Braziliyada elmi-tədqiqat mərkəzinə 100 milyon dollar investisiya yatıracaq
Çinin “Lenovo” şirkəti “Enterprise Product Group Lenovo” bölməsi və şəbəkə məlumatlarının saxlanılması həlləri sahəsində fəaliyyət göstərən “LenovoEMC” müəssisəsi üçün proqram təminatı tədqiqatları və işləmələri mərkəzinə 100 milyon dollar məbləğində investisiya yatırmaq niyyətində olduğunu bəyan edib.
Elmi-tədqiqat kompleksi San-Paulu şəhərinin təxminən 100 kilometrliyində yerləşən Kampinas Dövlət Universitetinin bazasında “Unicamp” texnoloji parkında inşa olunacaq.
Mərkəzin fəaliyyətində əsas hədəf proqram təminatı sahəsində innovasiyalı texnoloji həllərin, yüksək məhsuldarlığa malik serverlərin, məlumatların saxlanılması sistemlərinin və korporativ sektor üçün “bulud” platformalarının yaradılması olacaq. “Lenovo” nümayəndələri bildiriblər ki, mərkəzin məhsulları şirkətə bazarda qlobal iştirakını genişləndirməyə və biznes auditoriyasına yeni proqram məhsulları və xidmətləri təklif etməyə imkan verəcək.
Yaxın bir neçə il ərzində mərkəzdə Braziliyanın İT mütəxəssisləri üçün təxminən 220 iş yeri açıla bilər. Layihə hökumət tərəfindən regiona investisiyaların stimullaşdırılması məqsədilə yaradılan “Investe São Paulo” agentliyi tərəfindən bəyənilib və dəstəklənib. Elmi-tədqiqat mərkəzinin artıq gələn ilin yanvarından fəaliyyətə başlayacağı gözlənilir, - “3DNews” www.3dnews.ru yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL