waplog

Virtual “Bitcoin” valyutasının məzənnəsi 1000 dollar yuxarı artıb



"Bitcoin" mübadiləçisi olan "Mt.Gox"un monitorinqinin nəticəsinə əsasən ilk dəfə "Bitcoin" valyutasının qiyməti 1 "bitcoin"ə qarşı 1000 dollar təşkil edib.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına əsasən, "Mt.Gox" "bitcoin" üzrə dünyada iri treyderlərdən biridir, virtual pula olan qiymətlərin sürətli artımı isə ABŞ Senatı bu valyutanın maliyyə statusunu müəyyən etmək üçün dinləmələr keçirməyə razılığını verdikdən sonra başladı. "Bitcoin" sərmayədarları arxayınlığı, Senatın maliyyə komitəsi "Bitcoin"i "legitim maliyyə servisi" kimi qəbul etdikdən sonra daha da artdı.

Virtual "Bitcoin" valyutası son vaxtlar məşhurlaşıb, çünki anonim tranzaksiyalar həyata keçirilir  və bundan qeyri-qanuni malların alınması üçün satıcı və alıcılar tərəfindən istifadə edilir. Belə ki, "Silk Road" onlayn narkodiller şəbəkəsinin müştəriləri məhz "Bitcoin"də hesablamalar aparmağa üstünlük verirlər.

Hazırda bir çox legitim "Bitcoin"  sahibləri çəkinirlər ki, valyuta çox dəyişkən olub və bəzi ekspertlər hesab edirlər ki, bu valyutanın məzənnəsi sürətlə artdığı kimi, sürətlə enə də bilər.
Digər tərəfdən "Bitcoin" tərəfdarları bildiriblər ki, o, qlobal iqtisadiyyatın inkişafına kömək edir, çünki müxtəlif ölkələrdə sadə və sürətli pulköçürmələrini həyata keçirməyə imkan verir.

"Bitcoin"in əsas üstünlüyü ondadır ki, bu valyutanın yüksək konvertasiya məzənnəsinin olması deyil, onun üstünlüyü mərkəzi ödəniş sistemləri ilə mümkün olmayan yeni əlavələr və servislər yaratmaq imkanıdır. Burada agent rüsumları müəyyən etmək mümkün deyil, burada mərkəzi depozitari və ya ödəniş üçün komissiya yoxdur", - deyə "bitcoin"-tərtibatçı Mayn Hirn bildirib.

Federal Araşdırmalar Bürosu bildirib ki, nə onlar, nə də ABŞ-ın maliyyə tənzimləyicisi "Bitcoin"ə qarşı deyillər, lakin onları ehtiyat etməyə məcbur edən amil bu valyutanın silah, narkotik və qeyri-leqal malların alış-verişində istifadə edilməsidir.

Bu arada, "bitcoin" üzrə leqal tranzaksiyaların həcmi artmaqda davam edir. Belə ki, oktyabrda Vankuverdə "bitcoin"i adi pula çevirməyə və əks əməliyyatlar aparmağa  imkan verən bankomatlar meydana çıxıb.
Apreldə "bitcoin"in məzənnəsi, "Mt.Gox" sistemi bir neçə saatlıq oflayna getdikdən sonra 130 dollardan 270 dollaradək artıb. "Mt.Gox" bildirib ki, onun layihəsi yeni müştəri axınına dözməyib.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL