Britaniyalılar dörd ay sonra yeni smartfonlarından bezirlər
“O2” şirkətinin yeni araşdırmasına əsasən, Böyük Britaniya sakinləri yeni smartfon modellərindən orta hesabla dörd ay ərzində bezirlər.
Rəyi soruşulanların təxminən 25%-i deyib ki, artıq bir aydan sonra smartfona maraq qalmır. Respondentlərin 33%-i bildirib ki, onlar həmişə yeni smartfon modelinə sahib olmaq istəyirlər.
“ICTnews” elektron xəbər xidməti “qazeta.ru” saytına istinadən bildirir ki, araşdırma iştirakçılarının 60%-i deyib ki, onlar cari aparatlarının mükəmməl işləməsinə baxmayaraq, mobil telefonlarını dəyişdirməyə hazırdırlar.
Britaniyalılar orta hesabla hər iki ildən bir yeni smartfon satın alırlar.
Respondentlərin 20%-i yeni aparat satın almaq ehtiyacını KİV-in təsiri ilə əlaqələndirirlər. Rəyi soruşulanların 19%-i isə dostları yeni smartfon modelləri satın aldıqda paxıllıq edirlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL