“Google” əməkdaşları “Apple” kompüterlərindən istifadə edir
“Google” şirkətinin “Chrome OS” əməliyyat sisteminə və bu sistemlə işləyən noutbuklara malik olmasına baxmayaraq internet nəhənginin əməkdaşları “Apple” şirkətinin istehsalı olan kompüterlərdə işləməyi üstün tutur. Şirkətin ofislərində ümumilikdə 43 min “Mac” kompüterindən istifadə olunur. Bu barədə "LISA'13” konfransında şirkət rəhbərliyinin nümayəndələri bildirib.
“Google”un sistem mühəndisinin sözlərinə görə, əvvəllər şirkətdə “Apple” istehsalı olan kompüterlərin sayı çox az olub. Lakin hazırda “Mac” kompüterləri əsas iş alətinə çevrilib, digər sistemli qurğulardan isə yalnız istehsalat zərurəti yarananda istifadə edilir.
Bununla belə, şirkət nümayəndəsi bu halda bəzi çətinliklərin yaranmasını qeyd edib. Belə ki, “Google”da istifadə olunan bütün “Mac” kompüterlərinin idarə olunması üçün etibarlıq baxımından “Apple” alətlərindən istifadə edilmir. İnternet şirkətinin mühəndisləri “Mac OS X server” və “Apple Remote Desktop” əməliyyat sistemləri əvəzinə kompüterlərin monitorinqi, nəzarəti və idarəetməsi üçün öz proqram təminatını hazırlayıblar, - "Onliner www.onliner.by” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL